FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Düzgün qidalanma , sağlam gələcək

22.12.2023

Sağlamlığın əsas şərtlərindən biri də düzgün qidalanmaqdır. Bu şərtə əməl olunmadıqda orqanizmdə maddələr mübadiləsi pozulur, bu isə müəyyən xəstəliklərin yaranır.

Bu məqsədlə 22.12.2023-cü il tarixdə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin biologiya müəllimi S.Kərimova VII B sinif şagirdləri ilə birgə “Düzgün qidalanma, sağlam gələcək” adlı tədbir keçirdi.

Tədbirdə tərbiyə işləri üzrə direktor müavini V.Bəyalıyev , UBR N.Hüseynzadə və psixoloq S.Nəbiyeva iştirak etdilər.

Şagirdlər Z.Səmədli, Ü.Namazlı, T.Əhmədzadə, M.Aslan, A.Axundzadə, İ.Sultanlı, H.Yusifli, Z.Rüstəmli, M.Əkbərzadə, Y.Hacızadə, T.Paşayevin mövzu ilə bağlı hazırladıqları təqdimatlar böyük maraqla qarşılandı.