FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Nizami Gəncəvinin anadan olmasının 875 illiyi

01.11.2016

Təbiətin Azərbaycan xalqına bəxş etdiyi cahanşümul əhəmiyyətli mütəffəkkirin – Nizami Gəncəvinin anadan olmasının   875 illiyi münasibətilə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin  VIIIa  sinfi  “ Sönməz  günəşin hikmət dəryası” adlı  layihə  işi hazırladı.

Layihə işində şagirdlər qüdrətli söz ustasının  ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirdiyini və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırdığını və insan taleyi haqqında humanist düşüncələri ilə seçildiyini xüsusi olaraq qabartdılar. Bundan əlavə böyük sənətkarın bütün həyat və zəngin ədəbi fəaliyyətinin Gəncə şəhəri ilə bağlı olduğunu bildirərək, şairin ömrü boyu burada yaşayıb yaratdığını və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etdiyini diqqətə çatdırdılar.

Həmçinin qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində parlaq səhifə açmış ölməz əsərlərinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərdiyini və mütəfəkkir şairin məşhur “Xəmsə”sinin insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutduğunu söylədilər.