FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimizin yeni uğuru

26.12.2023

26.12.2023-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 14-16 yaşlı yeniyetmələr arasında dəqiq elmlər üzrə (riyaziyyat, fizika, kimya) “İstedadların hazırlığı laborotoriyası” adlı VI Beynəlxalq Olimpiada keçirildi. Olimpiadada Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Tacikistan məktəbliləri iştirak etdilər. Bu bilik yarışında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdlərindən ikisi bürünc, üçü isə həvəsləndirici mükafata layiq görüldülər. Onları sizə təqdim edirik:

Lətifli Oktay Fuad oğlu - 10a sinfi     (bürünc medal);

İsayev Adəm İxtiyar oğlu - 10ç sinfi     (bürünc medal;)

Ağazadə Qulaməli İlqar oğlu - 10b sinfi    (sertifikat);

Mehdiyeva Məryəm Novruz qızı - 10d sinfi   (sertifikat;)

Əsədova Fatimə Fuad qızı - 10d sinfi  (sertifikat).                     

Şagirdlərimiz təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!