FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"E.C.O T.E.A.M (Environment and Climate Obtain Team Evolving Active Monde)" eTwinning layihəsi Avropa Keyfiyyət Nişanına layiq görülmüşdür

16.01.2024

  Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin riyaziyyat müəllimi Rəxşəndə Məmmədova 8c sinif şagirdləri Emil Oruczadə və İsmayıl Həsənzadə ilə birlikdə 5 ölkənin (Azərbaycan, Türkiyə, Ruminiya, Latviya, İtaliya) qatıldığı və ortaq qurucusu olduğu “E.C.O T.E.A.M (Environment and Climate Obtain Team Evolving Active Monde)” eTwinning layihəsində iştirak etmişdir.

  Qeyd edək ki, bu layihə Milli Keyfiyyət Nişanına, eyni zamanda 15.01.2024-cü il tarixində Avropa Keyfiyyət Nişanına layiq görülmüşdür.

  Xatırladaq ki, layihənin əsas məqsədi tullantı məhsullarından geri dönüş edərək fərqli şeylər hazırlamaq, təbiətimizi qorumaqdır.

  Rəxşəndə müəllimi və şagirdləri təbrik edir, işlərində uğurlar arzulayırıq!