FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Our Past, Today and Tomorrow" adlı e-Twining layihəsi

16.01.2024

   Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin tarix müəllimi Günay Şərifzadə 8-ci sinif şagirdləri ilə birlikdə 5 ölkənin (Azərbaycan, Türkiyə, Makedoniya, Yunanıstan, Xorvatiya) qatıldığı “Our Past, Today and Tomorrow” e Twining layihəsində iştirak etmişdir. Bu layihə Milli keyfiyyət nişanına (25.08.2023) və Avropa keyfiyyət nişanına (15.01.2023) layiq görülmüşdür.

 Xatırladaq ki, layihənin əsas məqsədi ölkələr arasında milli-mənəvi dəyərlərin qorunması, tanıdılması və təbliğ edilməsidir.

  Günay müəllimi və şagirdləri təbrik edir, işlərində uğurlar arzulayırıq!