FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Zərərli vərdişlər" adlı maarifləndirci tədbir

24.01.2024

   24 yanvar 2024-cü il tarixdə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə sinif rəhbəri Mehdiyeva Aybənizin təşkilatçılığı ilə 9d sinfində “Zərərli vərdişlər” adlı maarifləndirci tədbir keçirildi. Tədbirdə liseyin tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh, UBR Hüseynzadə Nərmin, psixoloq Nəbiyeva Sevda iştirak etdilər.

  Əvvəlcə şagirdlərin hazırladıqları “Narkotikə yox deyək!”, “Spirtli və zərərli içkilər”, “Sağlam qidalanma”, “Yuxusuzluq”, “Virtual aləm, kompyüter oyunları və telefonun asılılq yaratması” adlı  təqdimatlar nümayiş olundu.

    Sonda psixoloq və UBR şagirdlərə lazımı tövsiyələrini verdilər.