FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Texnologiya dərsində yeməklərin hazırlanması təcrübi olaraq göstərildi

01.02.2024

 01 fevral 2024-cü il tarixdə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin texnologiya müəllimləri Pəlilova Söylü və Hüseynli Səriyyənin təşəbbüsü və IXb sinif şagirdlərinin iştirakı ilə liseyin yeməkxanasında Azərbaycan mətbəxindən “yarpaq dolması”nın hazırlanmasına dair dərs keçildi. Şagirdlər əlavə olaraq paytaxt salatı da hazırladılar. Dərsdə UBR N. Hüseynzadə və sinif rəhbəri G. Bayramova da iştirak edirdilər.