
Suraxanı gəmi-muzeyinə ekskursiya
02.02.2024
02 fevral 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin IXB sinif şagirdləri sinif rəhbəri Gilə Bayramova ilə birlikdə 2 Fevral Gənclər Günü münasibətilə Suraxanı gəmi-muzeyində ekskursiyada oldular.
Şagirdlər ekskursiya zamanı qədim tarixə malik dənizçilik ənənələri və gəmiçiliyin inkişafı ilə bağlı nadir eksponatlarla tanış oldular.
Qeyd edək ki, şagirdlər gəmi-muzeydə təşkil olunan “İnnovativ gənclik, innovativ gəmiçilik” adlı tədbirdə iştirak edib, burada müxtəlif sahələr, o cümlədən gəmiçiliklə bağlı nümayiş olunan innovativ layihələrlə tanış oldular.
Daha sonra şagirdlər əyləncə xarakterli müxtəlif interaktiv oyunlarda iştirak edərək, dənizçilərin həyat tərzi və gəmiçilik işinə dair məlumatlar əldə etdilər.