FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Mətbuatda şagirdlərimizin hazırladığı 3 cildlik "Qarabağ Sizsiz" kitabı haqqında məlumatlar dərc olunmuşdur.

16.02.2024

Azərbaycan xalqı, dövləti və ordusu 44 günlük Vətən müharibəsində elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi.

Hər bir vətəndaşın mənəvi borcu bu qalibiyyət üçün canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edib, onları gələcək nəsillərə çatdırmaqdır. Liseyin tarix müəllimi Günay Şərifzadə  şagirdlərlə birlikdə Vətənimizin azadlığı uğrunda mübarizə aparanların tanıdılması üçün - "biz nə edə bilərik?!" sualına cavab olaraq Aprel döyüşləri, Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi döyüşlərində  şəhid olmuş vətən övladlarının hər biri haqqında məlumat toplayaraq 3 cildlik kitab halına salmışlar. Kitaba "Qarabağ Sizsiz " adı verilmişdi.

Kitablar müəllim kollektivinin dəstəyi ilə məhdud sayda çap edilmişdir.

Həmçinin bu vətənpərvər layihə haqqında məlumat "Azərtac"ın xəbər portalında, "Məktəb Guşəsi" jurnalında,  "Vedibasar" və Azərbaycan müəllimi" qəzetində dərc edilmişdir.

Kitabın gələcək nəsillərə ötürülməsi üçün dəyərli vəsait və material olacağına inanırıq.