FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yasamal Rayon Heydər Əliyev Mərkəzinə ekskursiya

19.02.2024
19 fevral 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin tarix müəllimi Günay Şərifzadə 8a sinif şagirdləri ilə birlikdə Yasamal Rayon Heydər Əliyev Mərkəzində ekskursiyada oldular. Ekskursiya zamanı şagirdlər Mərkəzin Muzey bölməsində toplanmış Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini əks etdirən fotolar və eksponatlarla tanış oldular.
Mərkəzin əməkdaşları zəngin kitabxana və internet resurslarından istifadə etmək üçün bütün şagirdlərə imkanların verildiyini vurğuladılar.