FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Vlll "infO(1) Cup" proqramlaşdırma müsabiqəsi

19.02.2024
9-18 fevral 2024-cü il tarixində Rumıniyada onlayn formatda Vlll "infO(1) Cup" proqramlaşdırma müsabiqəsi keçirildi.
13 ölkədən 135 məktəblinin qatıldığı bu bilik yarışında ölkəmizi təmsil edən şagirdlər uğurla çıxış edərək, 1 qızıl, 1 bürünc medal qazanıblar. Bürünc medal qazanan məktəbli Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10ç sinif şagirdi Cəfərli Raul Azər oğludur.
Şagirdimizi təbrik edir, ona cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!