FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimizin uğuru İctimai TV-nin "Sabahın xeyir" proqramında işıqlandırıldı

21.02.2024

21 fevral 2024-cü il tarixində İctimai TV-nin “Sabahın xeyir” proqramında şagirdlərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalarda əldə etdikləri nailiyyətlərə həsr olunmuş fraqment yayımlandı. Verlişdə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin informatika müəllimi Ruslan Mehdiyev çıxış edərək, bu sahədə Elm və Təhsil Naziliyinin gördüyü işlər barədə məlumat verdi və beynəlxalq olimpiadalara gedən yolun hansı mərhələlərdən keçdiyini detallı şəkildə açıqladı. Daha sonra qızıl medalçı Ayxan Dəmirli və Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10ç sinif şagirdi bürünc medalçı Raul Cəfərli də uğur hekayələrini danışdılar və gələcək hədəfləri haqqında məlumat verdilər.