FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Xocalı soyqırımı" adlı tədbir keçirildi.

22.02.2024

      22 fevral 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə sinif rəhbəri Elnarə Əhmədovanın təşəbbüsü ilə 7c sinif şagirdlərinin hazırladığı "Xocalı soyqırımı" adlı tədbir keçirildi. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər də iştirak edirdi.

  Tədbir şəhidlərimizin xatirəsinə həsr olunmuş birdəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı .

          Əvvəlcə aparıcılar Xocalı soyqırımı haqqında məlumatlar təqdim etdilər. Daha sonra Xocalı rayonu Meşəli adlanan ərazidə dinc əhaliyə qarşı törədilmiş amansızlığı əks etdirən səhnələr təqdim edildi. Ardınca Soyqırıma aid şeir nümunələri ilə səhnələr tamamlandı. Daha sonra şagirdlər vətənpərvərlik ruhunda musiqiləri öz ifalarında məharətlə təqdim etdilər .

          Bir neçə səhnədən sonra Vaqif Xaçaturyanın məhkəmə prosesinin səhnəsi təqdim edildi.

Sonda Qələbə mahnısının müşayiəti ilə bütün şagirdlər QARABAĞ AZADDIR şüarı ilə tədbiri yekunlaşdırdılar.