FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Narkomaniya ümumbəşəri bəladır" adlı tədbir

01.03.2024

    01 mart 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə “Narkomaniya ümumbəşəri bəladır” adlı tədbir keçirildi. Tədbirdə liseyin VIII və IX sinif şagirdləri, Yasamal rayon Polis İdarəsinin rəisinin Şəxsi Heyətlə İş üzrə köməkçisi, polis mayoru Vüsal Kərimov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyanın katibi Rasim Əliyev, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova iştirak edirdi.

          Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildi. Daha sonra qonaqlar mövzu ilə bağlı şagirdlərə məlumat verdilər. Tədbir qarşılıqlı sual-cavabla davam etdi.