FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Pedaqoji şuranın növbəti iclası keçirildi.

16.02.2024

16 fevral 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə tədris ilinin birinci yarımilinin yekunlarına dair Pedaqoji şuranın növbəti iclası keçirildi. İclasın gündəliyinə aşağıdakı məslələr daxil idi:

Birinci yarımilin yekunu və ikinci yarımildə qarşıda duran vəzifələr;

I yarımilin sonunda liseyin rəhbərliyi tərəfindən aparılmış BSQ-lərin nəticələri barədə;

VII-XI siniflərdə fənlərin tədrisinin mövcud vəziyyəti və (Azərbaycan dili, riyaziyyat, fizika, coğrafiya, tarix, kimya, biologiya, xarici dil fənləri üzrə) aparılan test yoxlamasının nəticəsi;

Buraxılış siniflərində (IX,XI siniflər) buraxılış imtahanlarına uyğun fənlərin (Azərbaycan dili, riyaziyyat, Xarici dil) tədrisi vəziyyətini öyrənmək üçün aparılan yoxlamaların nəticəsi;

Fənn olimpiadalarına hazırlığın vəziyyəti;

Valideyn komitəsinin işi. Məktəb-valideyn münasibətləri barədə;

Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş məktubda göstərilmiş məslələr barədə.

Hesabatlar dinlənildikdən və çıxışlardan sonra yuxarıda qoyulan məsələlərlə yanaşı, liseydə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin qorunmasının diqqətdə saxlanması xüsusi vurğulandı.