FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb turu keçirildi

05.03.2024

05 mart 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təamyüllü liseydə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində iştirak edəcək namizədi müəyyən etmək üçün seçim turu keçirildi. Əvvəlcə müvafiq əmrlə şagirdləri dinləyib qiymətləndirən komissiya formalaşdırıldı.  

İştirak edən şagirdlərə seçim turundan əvvəl müsabiqəyə təqdim olunan mövzular açıqlandı, təxminən 5 gün vaxt verildi və daha sonra onlar öyrəndikləri mövzularla münsiflər qarşısında çıxış etdilər. Münsiflər heyəti iştirakçıları diqqətlə dinlədi və Azərbaycan Respublikası elm və təhsil nazirinin imzaladığı əmrdə göstərilmiş meyarlar üzrə onları qiymətləndirdi.

İştirakçıların çıxışlarını təhlil edən komissiya liseyin 10e sinif şagirdi Teyyubov Xəyal Vüsal oğlunu məktəb turunun qalibi elan etdi.

Xəyala müsabiqənin növbəti turlarında uğurlar arzulayırıq!