FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyin IX sinif şagirdləri ilə buraxılış imtahanı qabağı görüş

29.03.2024

    29 mart və 01 aprel 2024-cü il tarixlərində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan IX sinif şagirdləri ilə 07 aprel 2024-cü il tarixində olacaq buraxılış imtahanına mənəvi-psixoloji hazırlıq məqsədilə görüş keçirildi. Görüşdə liseyin tədirs işləri üzrə direktor müavini Elçin Məmmədov şagirdlərin imtahanqabağı və imtahan zamanı əməl etməli olduqları məsələlər barədə məlumat verdi. Daha sonra psixoloq Sevda Nəbiyeva imtahan stressindən azad olmağın yolları ilə bağlı şagirdlərlə söhbət apardı. Görüşdə UBR Nərmin Hüseynzadə və sinif rəhbərləri də iştirak edirdilər. Onlar da şagirdlərə tövsiyələrini verərək, uğurlar arzuladılar.