XƏBƏRLƏR

"Yaşıllıqları qoruyaq" adlı maarifləndirici tədbir
15.04.2024
15 aprel 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin biologiya müəllimi Südabə Kərimova 7c sinif şagirdləri ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıllıqları qoruyaq” adlı maarifləndirici tədbir keçirildi. Tədbir ətarf mühitin qorunması və yaşıllıqlara qayğı mövzusunda əlavə məşğələ formatinda təşkil edildi. Müəllim məşğələni praktik şəkildə liseyin həyətində keçdi. Şagirdlər yaşıllıqla necə davranmağı müəllimin təlimatı əsasında öyrənməyə çalışdılar və dibçəklərə öz əlləri ilə güllər əkdilər.