FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Beynəlxalq turnirdən 3 medal

24.04.2024

16–21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə IATI (International Advanced Tournament in Informatics) beynəlxalq turniri keçirildi. Məktəblilərimiz sözügedən turnirə Azərbaycan Texniki Universitetinin laboratoriyalarından onlayn formada qoşularaq, 5 gümüş və 5 bürünc olmaqla, ümumilikdə 10 medal qazanıblar.

          Qeyd edək ki, 478 məktəblinin qatıldığı bu beynəlxalq turnirdə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 3 şagirdi də medal qazananlar sırasındadır. Onları siz də tanıyın:

          Qarayev Fuad Mübariz oğlu – 11d sinif, gümüş medal;

          Bayramlı Rahidil Səbuhi - 9b sinfi, gümüş medal;

          İmanlı Elvin Aydın oğlu - 10ç sinfi, bürünc medal.

          Şagirdlərimizi təbrik edir, onlar üçün əmək sərf edən hər kəsə təşəkkürümüzü bildiririk.