XƏBƏRLƏR

Liseyin Ekokulub üzvləri ağacəkmə aksiyasında iştirak etdilər
27.04.2024
Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Ekoloji - Sosial Mərkəz İctimai Birliyinin birgə təşkilatçılığı ilə məktəblilər üçün ağacəkmə aksiyası keçirilib. 22 Aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar keçirilən aksiya çərçivəsində 200 nəfər məktəbli, gənc təbiətsevərlər, tələbələr, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “EkoSfera” Ekoloji - Sosial Mərkəz İctimai Birliyinin gənc könüllülərinin iştirakı ilə Qaradağ rayon Müşfiqabad qəsəbəsində 500 ağac əkilib.
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin Ekoklub üzvləri də bu aksiyada iştirak edərək ağac əkmişdilər.