XƏBƏRLƏR

Reproduktiv sağlamlıq mövzusunda məşğələ
26.04.2024
22 - 26 aprel 2024-cü il tarixləri aralığında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində
maarifləndirmə işinin aparılması məqsədilə hazırlanmış “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” əsasında VIII - IX siniflərdə məşğələlər keçirilmişdir. Liseyin biologiya müəllimi İradə Zeynalova VIIIa və VIIId, IX ç siniflərində şagirdlərlə reproduktiv sağlamlıq, erkən nikahın fəsadları haqqında söhbət aparmış, şagirdlərə bu haqda məlumat vermişdir.
Şagirdlər məşğələlərdə fəal iştirak etmiş, suallara cavab verərək öz fikirlərini bildirmişlər.