FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz 41-ci Balkan Riyaziyyat Olimpiadasından 2 medal qazanıblar

03.05.2024

        27 aprel – 02 may 2024-cü il tarixləri aralığında Bolqarıstanın Varna şəhərində 41-ci Balkan Riyaziyyat Olimpiadası təşkil edildi. Ölkəmizi təmsil edən komanda  bu bilik yarışında 1 gümüş, 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazandı. Medal qazananlar sırasında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 2 şagirdi də yer alıb. Onları siz də tanıyın:

          Kərimli İbrahim Elnur, 11c sinfi, bürünc medal;

          Qədimli Ömər Hikmət, 11c sinfi, bürünc medal.

          Şagirdlərimizi təbrik edir, onlar üçün əziyyət çəkən hər kəsə dərin təşəkkürümüzü bildiririk!