
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Azərbaycan şair və mütəffəkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı yer almış fikirlər" adlı maarifləndirici dərs
08.05.2024
08.05.2024-cü il tarixində Respublika Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 8ç sinif şagirdləri və ədəbiyyat müəllimi Hüseynova Gülnarənin təşkilatçılığı ilə "Azərbaycan şair və mütəffəkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı yer almış fikirlər" adlı maarifləndirici dərs təşkil edildi.
Maarifləndirici dərsdə liseyin tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev də iştirak edirdi. Valeh müəllim şagirdlərlə söhbət apararaq onlara ətraf mühitə qarşı laqeyd yanaşmamağı təlqin etdi. Dərs şirin su ehtiyatlarının tükənməsi, dünyanın hazırda ekoloji cəhətdən üzləşdiyi problemi və yaşıllığın məhv olunması kimi məzmunu özündə əks etdirirdi. Tədbirdə şagirdlər müxtəlif səhnəciklər vasitəsilə mövzunu işıqlandırmağa çalışdılar. Bununla yanaşı müxtəlif slaydlar vasitəsilə hazırda dünyada və ölkəmizdə ekoloji tarazlığın bərpası uğrunda aparılan mübarizədən də bəhs edildi. Dərs şagirdlərin təbiət mövzusunda səsləndirdikləri şeirlərlə sona çatdı.