FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

9 noyabr Bayraq Günü

08.11.2016

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri də onun Milli Bayrağı – Dövlət bayrağıdır. Heç kəsə sirr deyil ki, “Bayraq” bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur.

9 noyabr Azərbaycanda Dövlət Bayraq günüdür.1918-ci ildə üçrəngli bayraq Xalq Cümhuriyyətinin dövlət rəmzi kimi qəbul olunub.Bununla əlaqədar olaraq liseyimizdə Bayraq gününə həsr olunmuş tədbir keçirildi.ilk öncə himn səsləndi,daha sonra şagirdlər dövlət rəmzi olan Bayraq haqqında şeirlər söyləyərək əsgərlərimiz bayrağı gətirib başları üzərində dalğalandırdılar.