FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzinə ekskursiya

07.05.2024

    07.05.2024-cü il tarixində Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin  7a və 7ç sinif şagirdləri üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu. Ekskursiya zamanı şagirdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi həyat yolu və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış oldular.

 Mərkəzin bələdçiləri, eyni zamanda, dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, milli-mənəvi dəyərlərin dirçəlişində, azərbaycançılıq məfkurəsinin milli idealogiyaya çevrilməsində Ulu Öndərin göstərdiyi böyük xidmətlər barədə  də şagirdlərə ümumi məlumat verdilər.