IV Azərbaycan Astronomiya Olimpiadasından 10 medal
14.05.2024
Ümumitəhsil müəssisələrinin IX – XI sinif şagirdləri arasında keçirilən IV Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub. Olimpiadanın finalında 100-ə yaxın şagird iştirak edib. Onlardan 25 nəfər medallara layiq görülüb. Qaliblərin 10-u Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləridir. Şagirdlərimiz bu Olimpiadadan 2 qızıl, 4 gümüş, 4 bürünc olmaqla, ümumilikdə 10 medal qazanıblar. Onları siz də tanıyın:
Güləliyev Aqil Ramil, 10b sinfi, qızıl medal,
Lətifli Oqtay Fuad, 10a sinfi, qızıl medal,
Heydərov Tofiq Tərlan, 10d sinfi, gümüş medal,
Babazadə Raiq Elnur, 9a sinfi, gümüş medal,
Şikar Şaiq Faiq, 10b sinfi, gümüş medal,
Abbaszadə Elmir Anar, 11a sinfi, gümüş medal,
Həmidov Ağahəmid -11c sinfi, bürünc medal,
Qasımov Əli Şıxəli, 11a sinif, bürünc medal,
Qaraşlı Qaraş Mirzə, 11d sinfi, bürünc medal,
Əliyev Murad Müşfiq, 9b sinfi, bürünc medal.
Şagirdlərimizi, onların valideynlərini və müəllimlərini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.