
Yaşıl dünya naminə həmrəylik ili
16.05.2024
Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir.
Yaşıllıqların qorunması, artırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və yaşıl enerjidən səmərəli istifadənin təmin edilməsi daim diqqət mərkəzindədir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP-29-un noyabrda Bakıda keçiriləcəyi Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzunun nəticəsidir.
16 may 2024-cü il tarixdə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin biologiya müəllimi S. Kərimova, Abdulla Şaiqin Mənzil-Muzeyi və 8c sinif şagirdləri ilə təşkil etdikləri “Yaşıl dünya naminə həmrəylik” adlı tədbiri bu məqsədlə keçirilmişdir.
Tədbirdə FHN Nüvə və Radioloji Təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri M. Qəhrəmanova, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ü. Talıbzadə və muzeyin əməkdaşları, Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin metodistləri E. Nəsirova və M. Məmmədova, liseyin tərbiyə işləri üzrə direktor müavini V. Bəyaliyev, psixoloq S.Nəbiyeva, Uşaq birliyinin rəhbəri N.Hüseynzadə, liseyin müəllim və şagird kollektivi iştirak edirdi.
Bəşəriyyəti narahat edən iqlim dəyişkənlikləri, onların ətraf mühitə mənfi təsiri, problemlərinin aradan qaldırılma yolları, tullantıların təkrar emalı şagirdlər tərəfindən hazırlanan video-çarxlarda, təqdimatlarda nümayiş etdirildi, Abdulla Şaiq və digər ədiblərin şagirdlərin ifasında səsləndirilən və Azərbaycanın füsunkar təbiətinə həsr olunmuş bədii nümunələri böyük marağa səbəb oldu.