XƏBƏRLƏR
Gələcəyini Qarabağ Universiteti ilə qur
31.05.2024
31 may 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan XI sinif şagirdləri ilə görüş təşkil edildi. Görüşdə əsas məqsəd gələcək məzunlarımızı sentyabr 2024-cü ildən fəaliyyətə başlayacaq Qarabağ Universiteti barədə məlumatlandırmaq idi. Əvvəlcə liseyin tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev Qarabağ Universiteti haqqında qısa məlumat verdi. Sonra şagirdlərə Universitetin fəaliyyət istiqamətlərini özündə əks etdirən bukletlər paylandı və onların Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Gələcəyini Qarabağ Universiteti ilə qur” çağırışına qoşulmaqla bir sıra üstünlüklər qazanacağı diqqətə çatdırıldı.