FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Əl-Xərəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasından 2 medal

31.05.2024

    26 – 31 may 2024-cü il tarixləri arasında Özbəkistanda Əl-Xərəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edildi. 135 şagirdin qatıldığı bu Olimpiadada Azərbaycanı təmsil edən komandalar uğurla çıxış edərək, 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar.

    Qeyd edək ki, Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 9b sinif şagirdləri Fərhad Hüseynov və Tural Müseyibzadə də qaliblər sırasında yer alıblar. Belə ki, Fərhad Hüseynov gümüş, Tural Müseyibzadə isə bürünc medal qazanıb.

      Şagirdlərimizi tərbrik edir, onlar üçün əziyyət çəkən hər kəsə dərin təşəkkürümüzü bildiririk!