XƏBƏRLƏR

İkinci yarımilə aid BSQ-lərin yoxlanma prosesinə başlanılıb
06.06.2024
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan VII – XI sinif şagirdlərinin biliyinin qiymətləndirilməsi məqsədilə keçirilmiş BSQ-lərin yoxlanma prosesinə başlanıb. Yoxlama prosesi fənlər üzrə əvvəlcədən müəyyən edilmiş komissiya (tərkibi daha təcrübəli müəllimlərdən təşkil edilib) tərəfindən yoxlanır. Müəllimlər hər bir fənnə aid tapşırıqların qiymətləndirilmə meyarlarını hazırlayaraq, onun əsasında prosesi həyata keçirirlər. Növbəti həftə ərzində nəticələrin açıqlanacağı planlaşdırılır.
BSQ-lərin hazırlanmasında, təşkilində və qiymətləndirilməsində əməyini əsirgəməmiş bütün həmkarlarımıza tək-tək təşəkkürümüzü bildirir, onlara can sağlığı və işlərində uğurlar arzulayırıq!