FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

RFO-da medal qazanan şagirdlərlə lisey rəhbərliyinin görüşü

11.06.2024

     11 iyun 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan və cari ildə RFO-da medal qazanan şagirdlərlə lisey rəhbərliyinin görüşü təşkil edildi.

    Görüşdə liseyin direktoru T. Talıbov çıxış edərək, qalibləri təbrik etdi və onları müasir dünyanın çağırışlarına adekvat olmağa səslədi. Daha sonra şagirdləri riyaziyyat, fizika, informatika və biologiya fənni üzrə qalibiyyətə qədər hazırlamış müəllimlər: Şəmsi Səfərov (riyaziyyat), Seyran Səfərov (fizika), Ruslan Mehdiyev (informatika) və İradə Zeynalova (biologiya) çıxış etdilər. Sonra şagirdlərə təltifnamələr təqdim olundu. Medal qazanan şagirdlər də öz növbələrində liseylə, müəllimləri ilə bağlı təəssüratlarını ifadə etdilər.

     Qeyd edək ki, liseyin şagirdləri bu tədris ilində RFO-da müxtəlif əyarlı olmaqla ümumilikdə 61 medal qazanıblar.

     Medalçıları təbrik edir, onlar üçün əmək sərf edən hər kəsə dərin təşəkkürümüzü bildiririk.