"Son zəng" tədbiri
14.06.2024
Bu gün Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə “Son zəng” tədbiri keçirildi. Tədbirdə Yasamal RİH-nin başçısı da iştirak edirdi. Tədbir MÜTDA tərəfindən göndərilmiş təlimata uyğun şəkildə təşkil edildi. Əvvəlcə liseyin direktoru, daha sonra İcra başçısı və digər qonaqlar və müəllimlər çıxış etdilər və məzunlara xoş arzularını bildirdilər.
Qeyd edək ki, 2023-2024-cü dərs ilində liseyi 134 şagird bitirir. İmtahanlarda göstərdikləri nəticələrə əsasən əminliklə deyə bilərik ki, onların hamısı ali məktəblərin tələbəsi adını qazanacaqlar. Belə ki, DİM-in buraxılış imtahanlarında onların 80%-dən (107 nəfər) çoxu 251-300 arası bal toplayıb. Builki məzunlarımızın təxminən 30%-i (40 nəfər) nüfuzlu xarici Universitetlərə qəbul olublar. Məzunlarımız arasında 20 nəfər məktəbi xüsusi nailiyyətlərlə (qızıl, gümüş nişanla) bitirəcək namizədlərdir.
Bundan əlavə iki şagirdimiz riyaziyyat üzrə keçiriləcək Beynəlxalq Olimpiadada ölkəmizi təmsil edəcək komandanın tərkibinə düşüblər.
Bütün məzunlarımızı təbrik edir, onlara can sağlığı və yeni həyatlarında bol-bol uğur arzulayırıq!