XƏBƏRLƏR
Şagirdlərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasından (JBMO 2024) 2 gümüş medal qazanıblar.
29.06.2024
25 – 29 iyun 2024-cü il tarixləri aralığında Türkiyənin Antalya şəhərində keçirilən və 22 ölkədən 135 şagirdin qatıldığı Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2024) ölkəmizi təmsil edən komanda uğurla çıxış edərək, 1 qızıl, 5 gümüş medal qazanıblar.
Qeyd edək ki, medal qazananlar sırasında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin IXb sinfində təhsil alan 2 şagirdi də yer alıb. Onların hər ikisi gümüş medal qazanıb. Medalçılarımızı siz də tanıyın:
Hüseynov Fərhad Hüseyn – 9b sinfi, gümüş medal;
Müseyibzadə Tural Hafiz – 9b sinfi, gümüş medal.
Şagirdlərimizi, onlar üçün əmək sərf edən hər kəsi təbrik edir, liseyin rəhbərliyi adından dərin təşəkkürümüzü bildiririk.