FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyə yeni qəbul olmuş şagirdlərə uğurlar!

11.07.2024

        Hörmətli valideynlər!

   2024-2025-ci tədris ili üzrə lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla həyata keçirilən şagird qəbulu prosesinin nəticələri elan olunub. Şagirdlər sy.edu.az platforması üzərindən yaradılımış “Şəxsi kabinet”lərinə daxil olaraq, qəbul nəticələrini öyrənə bilərlər.

  Şagirdlər həmçinin qəbul olduqları liseyi şəxsi kabinetlərində 18 iyul 2024-cü il saat 12:00-a qədər təsdiqləməlidirlər. Uğur qazanan şagirdlər məlumatlarını qeyd olunan tarixədək şəxsi kabinetdə təsdiqləmədikləri halda nəticələri etbarsız hesab ediləcək.  

  Lisey, yaxud gimnaziyaya qəbul olan və valideyn modulundan təsdiq edilən şagirdlərin sorğuları şagirdyerdəyişmə sistemi açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.

    Sizə uğurlar arzulayırıq!