FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Yasamal məktəbliləri cənub bölgəsində oldular

16.11.2016

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 12-də Yasamal rayonu orta ümumtəhsil məktəblərinin şagirdləri Cənub bölgəsi ilə yaxından tanış olmağa yola salınmışdır.

Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.

Liseyimizdən iki nəfər şagirdi Mehdiyeva Nilufər və Əliyev Məhəmməd “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etdilər. Yasamal rayonu Fizika-riyaziyyat və informatika təmayüllü liseyi təmsil edən şagirdlərimiz Lənkəran, Masallı və Astara rayonları ilə tanış oldular.