FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

18 nəfər məzunumuz qızıl, gümüş nişanlara layiq görülüb

24.07.2024

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 23 iyul 2024-cü il tarixli 3-29/3-2-499F/2024 nömrəli əmri ilə 2023-2024-cü dərs ilində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirən məzunların 11-i qızıl, 7-si gümüş nişana layiq görülmüşdür. Məktəbi xüsusi nailiyyətlərlə bitirən həmin məzunlarımızı siz də tanıyın:

Bəkirov Səid Pərviz - XIc sinfi, qızıl nişan,

Əmrahzadə İsmayıl Anar - XIc sinfi, qızıl nişan,

Xəlilzadə Amin Yavər – XIç sinfi, qızıl nişan,

Kərimli İbrahim Elnur - XIc sinfi, qızıl nişan,

İsmayılzadə Amil Vidadi - XIa sinfi, qızıl nişan,

Qarayev Fuad Mübariz - XId sinfi, qızıl nişan,

Mahmudzadə Əkbər Pərviz - XIc sinfi, qızıl nişan,

Məmmədli Hüseyn Müşfiq - XIc sinfi, qızıl nişan,

Muradlı Məsud Təyyub - XIc sinfi, qızıl nişan,

Mustafayev Elcan Söhrab - XId sinfi, qızıl nişan,

Tərişli Nihat Əfqan - XIa sinfi, qızıl nişan,

Abbaszadə Elmir Anar - XIa sinfi, gümüş nişan,

Həsənzadə Aqil Sahil - XIç sinfi, gümüş nişan,

Həşimov Davud Polad - XIç sinfi, gümüş nişan,

Qaraşlı Qaraş Mirzə - XId sinfi, gümüş nişan,

Qədimli Ömər Hikmət - XIc sinfi, gümüş nişan,

Sadıqzadə Rəvan Ramil - XId sinfi, gümüş nişan,

Seyfullayev Rəvan Kənan - XIc sinfi, gümüş nişan.

    Qeyd edək ki, siyahıda yer almış bu məzunlarımız dəfələrlə Respublika və Beynəlxalq statuslu bilik yarışlarının (fənn olimpiadalarının) qalibləri olub.

  Liseyi xüsusi nailiyyətlərlə bitirən məzunlarımızı təbrik edir, onlara can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!