FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

IV Avropa Qızlar İnformatika Olimpiadasının (EGOI 2024) bürünc medalçısı – Rahidil Səbuhi qızı Bayramlı

28.07.2024

21 - 27 iyul 2024-cü il tarixləri aralığında Niderlandın Veldhoven şəhərində IV Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2024) təşkil edilib. 56 ölkədən 194 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Medal qazananlardan biri Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin IXb sinif şagirdi Rahidil Səbuhi qızı Bayramlıdır.

Xatırladaq ki, Rahidil Bayramlı cari ildə informatika fənni üzrə RFO-nun gümüş medalına layiq görülüb.

Şagirdimizi təbrik edir, onun üçün əziyyət çəkən hər kəsə liseyin rəhbərliyi adından dərin təşəkkürümüzü bildiririk!