
Liseyə qəbul olmuş şagirdlərin sənədlərinin qəbulu başlanır
07.08.2024
09 avqust 2024-cü il tarixindən Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyə mərkəzi imtahanla qəbul olmuş şagirdlərin sənədlərinin (şəxsi işlərinin) qəbulu başlayır. Sənədlər həftə içi hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 14:00-a qədər qəbul edilir. Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işini 16 avqust 2024-cü il saat 15:00-a qədər liseyə təqdim etməlidir. Sənədlər liseyə bu vaxt ərzində təqdim edilməsə, şagirdin qəbulu etibarsız sayılacaq və onun sorğusu ləğv ediləcək.
Qeyd edək ki, valideyn və ya qanuni nümayəndə şəxsi kabinetindən elektron ərizəni (2 nüsxə) çap edərək, imzalamalı və 1-ni şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim etməli, 1-ni şəxsi işlə birlikdə liseyə gətirməlidir.
Hər hansı sual yaranarsa, bu nömrə ilə əlaqə saxlamaq xahiş olunur: (012) 510 76 28.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küç. 3.
Metronun Elmlər Akademiyası stansiyasına yaxın.