FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Məzunlarımızın nəticələri

26.08.2024

    2023-2024-cü dərs ilində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyi 134 şagird bitirmişdir. Onların hamısı ali məktəblərin tələbəsi adını qazanmışdır. 44 məzunumuz 600-dən yuxarı bal toplamış və onlardan 21 nəfəri 650-692 bal aralığında nəticə göstərmişdir. Məzunlarımızın əkəsriyyəti ölkənin ən nüfuzlu ali təhsil müəssisələrinə (təkcə16 nəfər BANM, 18 nəfər ADA Universiteti) qəbul olub. Qürurverici məqamın biri də odur ki, 1 nəfər məzunumuz 500 balla Qarabağ Universitetinin tələbəsi adını qazanmışdır.

    Məzunlarımızın 32 nəfəri xarici ölkələrin nüfuzlu Universitetlərinə qəbul olub. Onlardan 2 nəfər KAİST (Cənubi Koreya), 1 nəfər Hacıtəpə (Türkiyə), 1 nəfər Gülhanə Hərbi Tibb Akademiyasında (Türkiyə) təhsillərini davam etdirəcəklər. Eyni zamanda digər məzunlarımız Avropa, Asiya və Amerikanın bir sıra Universitetlərinə qəbul olublar.

          Əziz məzunlar, hamınızı təbrik edir, sizinlə qürur duyuruq!