FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

2024-2025-ci dərs ilinin ilk Pedaqoji şura iclası

14.09.2024

   14.09.2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyinin fəaliyyət planına uyğun olaraq 2024-2025-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. İclasda məktəbin rəhbər heyəti və müəllimlər iştirak etdilər.

  Pedaqoji Şura iclası direktor funksiyalarını icra edən tədris işləri üzrə müavin Elçin Məmmədovun çıxışı ilə başladı. O, pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan, eyni zamanda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı 28 avqust 2024-cü il tarixli 3-29/3-2-411F/2024 nömrəli əmrindən irəli gələn məsələlər barədə müəllimləri məlumatlandırdı.

  İclasda direktor müavinlərinin çıxışları dinlənildi, yeni tedris ilində görüləcək işlərin detalları kollektivin diqqətinə çatdırıldı.