FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Bilik Günü" ilə əlaqədar olaraq tədbir keçirildi.

16.09.2024

16.09.2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə  “Bilik Günü” ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə dövlət himni səslndi. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.

“Bilik Günü”  münasibətilə liseyin direktor əvəzi Elçin Məmmədov şagirdləri təbrik edib, liseyin ötənilki nəticələri haqqında danışdı. Daha sonra ARTİ-nin direktor müavini Fuad Qarayev, övladı liseydə təhsil alan  şəhid mayor Natiq Əjdərin həyat yoldaşı Nigar xanım və digər valideyn Simnar bəy, təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh çıxış edərək, yeni tədris ili münasibətilə şagirdləri təbrik edib, uğurlar arzuladılar.