
Azərbaycan Diplomatik Akademiyasına ekskursiya
22.11.2016
22 noyabr 2016-cü il tarixində liseyimizin şagird kollektivi ADA Universitetinin təşkil etdiyi tanışlıq ekskursiyasında oldular. Universitet binası göz oxşayırdı. Orada liseyin şagird heyətini Abituriyent mərkəzinin rəhbəri Şəbnəm xanım qarşıladı. Daha sonra şagirdlər əyani olaraq Universitetlə tanış oldular. Əvvəlcə şagirdlər dərs keçirilən otaqlardan birində oldular. Daha sonra isə şagirdlər konfrans zalına aparıldı. Universitet barədə ətraflı məlumat aldılar və yeniliklərdən xəbərdar oldular. Şagirdlərə Universitetin müəllimləri, tələbələri və xarici ölkələrlə əlaqələri haqqında təqdimatlar nümayiş etdirildi.
Daha sonra liseyimizin 2003-cü il məzunu olmuş Azərbaycan Diplomatik Akademiyasında müəllim kimi çalışan Əhmədov Fərid tədris etdiyi ixtisas haqqında şagirdləri məlumatlandırdı.