FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş dərs

16.09.2024

16.09.2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin bilogiya müəllimi İradə Zeynalova IXa sinfində ilk dərsi "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr etdi və bu ideyanı gerçəkləşdirmək üçün nələr etmək olar haqqında danışdı. İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi, planetimizin gələcəyini təhdid edən ən böyük problemlərdən biridir. Biz hamımız bu böyük problemlərə qarşı mübarizə aparmaq üçün fərdi və kollektiv olaraq məsuliyyət daşıyırıq. Hər birimiz kiçik addımlarla başlaya bilərik: enerji resurslarından səmərəli istifadə etmək, tullantıları azaltmaq, suya qənaət etmək və davamlı həyat tərzini seçmək.

Bərpa olunan enerji mənbələrinə keçid, təkrar emal, yerli və üzvi qidaların istehlakı kimi addımlar, təbiətin qorunmasına böyük töhfə verə bilər.

Biz bu gün yalnız özümüz üçün deyil, gələcək nəsillər üçün də yaşıl və sağlam bir dünya qurmalıyıq. Unutmayaq ki, hər birimizin qatqısı əhəmiyyətlidir.