XƏBƏRLƏR
1-ci Beynəlxalq Süni İntellekt Olimpiadasından gümüş medal
18.09.2024
8-12 sentyabr 2024-cü il tarixləri aralığında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan və ilk dəfə keçirilən məktəblilərin 1-ci Beynəlxalq Süni İntellekt Olimpiadasında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunu Qarayev Fuad Mübariz oğlu gümüş medal qazanıb. Qeyd edək ki, sözügedən olimpiadada 25 ölkədən 90 məktəbli iştirak edib.
Xatırladaq ki, Fuad Qarayev dəfələrlə yerli və beynəlxalq olimpiadaların qalibi olub.
Fuadı liseyin kollektivi adından təbrik edir, ona daim sağlamlıq və işlərində uğurlar arzulayırıq!