
Tarix yazan igidlər!
27.09.2024
27 sentyabr 2024-cü il tarixində Republika Fizika-riyaziyyat və informatika təmayüllü liseydə “Anım günü” ilə əlaqədər olaraq, “Tarix yazan igidlər” adlı tədbir keçirildi. Liseyin 8a sinif şagirdləri tərəfindən hazırlanan bu tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbəri Burlaxatun Əlişova, psixoloq Sevda Nəbiyeva, UBR Nərmin Hüseynzadə, müəllimlərdən Pəri Məhərrəmova iştirak etdilər.
Tədbir birdəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şagirdlər şəhidlər haqqında hazırladıqları materialları təqdim etdilər. Tədbirdə həmin sinifdə təhsil alan şəhid mayor Natiq Əjdərin övladı atası haqqında danışdı.
Tədbir iştirakçıları Vətən uğrunda canını qurban vermiş şəhidlərin xatirəsini daim əziz tutacaqlarını bir daha diqqətə çatdırdılar.
Qeyd edək ki, II Qarabağ müharibəsində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunlarından da şəhid olmuşdur.