XƏBƏRLƏR

Yeni qəbul olmuş şagirdlərlə görüş
04.10.2024
Respublika fizika-riyaizyyat və informatika təmayüllü liseyin psixoloqu Sevda Nəbiyeva və UBR Nərmin Hüseynzadə liseyə yeni qəbul olmuş şagirdlərlə görüş keçirdi. Görüşdə uşaqların liseyə uyğunlaşma vəziyyəti, sinif yoldaşları və müəllimlərlə münasibətləri, liseydən gözləntiləri, komanda şəklində fəaliyyətləri barədə söhbət aparıldı. Eyni zamanda, şagirdlər arasında “liseyi seçməzdən əvvəl lisey haqqında məlumatlı olublarmı, liseyi niyə seçiblər və kimlərin zəmanəti ilə seçiblər, yeməkxanadan razısız və s.” məzmunlu sorğular da keçirildi.