XƏBƏRLƏR

04 oktyabr Cəbrayıl şəhər günü
04.10.2024
04 oktyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7a sinif şagirdləri Cəbrayıl şəhəri günü münasibətilə maarifləndirici tədbir keçirdilər. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBR Nərmin Hüseynzadə, Ədəbiyyat müəllimi Hüseynova Gülnarə, sinif rəhbərləri Zeynalova Aytac və Hadıyeva Səbinə iştirak etdilər.
Tədbir şəhidlərin xatirəsinə birdəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra şagirdlər Cəbrayıl haqqında hazırladıqları səhnəcik, şerlər və məlumatları təqdim etdilər. Sonda xüsusi vurğulandı ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi hər an hörmətlə yad ediləcək.