FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Hərbi Qənimətlər parkına ekskursiya

10.10.2024

  10 oktyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIIb sinif şagirdləri sinif rəhbəri Səbinə Hadıyeva ilə birlikdə Hərbi Qənimətlər parkına ekskursiya etdilər. Şagirdlər 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus qənimət kimi götürülmüş, yaxud da sıradan çıxarılmış hərbi texnikaların olduğu sahəni gəzdilər, döyüş postu və əsgər kazarmalarının nümunələri ilə tanış oldular.