FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

VIII sinif şagirdləri üçün riyaziyyat fənni üzrə seçim imtahanı

11.10.2024

   11 oktyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyə cari ildə qəbul olmuş VIII sinif şagirdləri üçün riyaziyyat fənni üzrə RFO-ya hazırlıq qrupu formalaşdırmaq məqsədilə seçmə imtahan təşkil edildi. Yüksək nəticə göstərən şagirdlər üçün RFO-ya hazırlıq dərsləri təşkil olunacaq. Hazırlıq dərslərini liseyin riyaziyyat müəllimi Şəmsi Səfərov aparacaq.

    Qeyd edək ki, seçim imtahanı üçün tapşırıqları Şəmsi müəllim hazırlayıb. Növbəti həftə ərzində nəticələr elan olunacaq.