FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"İqlimi xilas et" adlı şəhər eko-kvesti

14.10.2024

   12-13 oktyabr 2024-cü il tarixlərində COP 29 Məlumat Mərkəzində “İqlimi xilas et” adlı şəhər eko-kvesti keçirildi. Eko-kvestin məqsədi iqlim dəyişmələri ilə bağlı problemləri və COP 29 kimi mühüm tədbirləri diqqət mərkəzinə gətirmək, eyni zamanda gənc nəslin ətraf mühit problemlərinin həllində daha fəal iştirakını və məsuliyyətə cəlb olunmasını təmin etməkdir.

  Bu tədbirdə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin bir qrup şagirdi də iştirak edərək, həm səmti müəyyənetmə qabiliyyətlərini sınayıblar, həm də ətraf mühitə olan məsuliyyətləri haqqında bu sahənin mütəxəssisləri tərəfindən daha dərindən məlumatlandırılıblar. Kvest zamanı məktəblilər xüsusi hazırlanmış xəritə vasitəsilə müəyyən məntəqələri taparaq, hər məntəqəyə çatıb, iqlimlə bağlı sualları cavablandırıblar.